Yuxarı

Azərbaycan gömrükçüləri avtomobilin salonunda və vətəndaşın üzərində gizlədilən siqaretləri aşkar edib

Azərbaycan gömrükçüləri avtomobilin salonunda və vətəndaşın üzərində gizlədilən siqaretləri aşkar edib
© customs.gov.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ Daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən məlumat verilib

Məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi