Yuxarı

Azərbaycan gömrükçüləri avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar edib

Azərbaycan gömrükçüləri avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar edib

Bakı. 15 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sürücü qapısının örtüyü altında gizlədilmiş, 2 ədəd "Samsung Galaxy J5", 2ədəd"Samsung Galaxy J2" və 1ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi