Azərbaycan gömrükçüləri avtomobilin oturacaqlarının içindən 6 ədəd mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri avtomobilin oturacaqlarının içindən 6 ədəd mobil telefon aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
6 iyun 2017 06:29
Azərbaycan gömrükçüləri avtomobilin oturacaqlarının içindən 6 ədəd mobil telefon aşkar edib
Customs.gov.az

Bakı. 6 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime" 2 ədəd "Samsung Galaxy J5 prime" və 2 ədəd "Samsung Grand J3 " markalı mobil telefonar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi