Azərbaycan gömrükçüləri avtomobildən 9 800 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildən 9 800 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
17 May , 2017 12:16
Azərbaycan gömrükçüləri avtomobildən 9 800 ədəd siqaret aşkar edib
customs.gov.az

Bakı. 17 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacaqlarının altından və cihazlar panelinin içindən ümumilikdə 8000 ədəd "Winston" və ön oturacağının altından 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi