Azərbaycan gömrükçüləri avtomobildən 15 180 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildən 15 180 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Mart , 2017 10:12
Azərbaycan gömrükçüləri avtomobildən 15 180 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 30 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.

“Report” DGK-ya istinadən xəbər verir ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib.

Yoxlama zamanı avtomobilin yük yerindəki sellofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd "Vinston", 4200 ədəd "Parliament" və 3380 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi