Azərbaycan gömrükçüləri avtomobildəki gizli saxlanc yerlərindən 5 400 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildəki gizli saxlanc yerlərindən 5 400 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
4 May , 2017 11:44
Azərbaycan gömrükçüləri avtomobildəki gizli saxlanc yerlərindən 5 400 ədəd siqaret aşkar edib

Bakı. 4 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi