Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş 8 min ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş 8 min ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Fevral , 2017 12:13
Azərbaycan gömrükçüləri avtomobildə gizlədilmiş 8 min ədəd siqaret aşkar edib

Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Həmin məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına yüksüz vəziyyətdə gələn və Azərbaycan vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd "Manchester" adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi