Azərbaycan gömrükçüləri aksiz markası olmayan siqaretlər aşkar ediblər

Azərbaycan gömrükçüləri aksiz markası olmayan siqaretlər aşkar ediblər Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Azərbaycan vətəndaşına məxsus Mercedes Benz markalı avtomobil saxlanılıb.
Hadisə
18 Oktyabr , 2018 11:03
Azərbaycan gömrükçüləri aksiz markası olmayan siqaretlər aşkar ediblər
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Məlumata görə, idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10 000 ədəd aksiz markasız, üzərində "King" yazısı olan siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi