Azərbaycan gömrükçüləri 7800 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 7800 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Aprel , 2017 10:38
Azərbaycan gömrükçüləri 7800 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şüşəsilən qurğusunun altından gömrük nəzarətindən gizlədilən 7800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi