Azərbaycan gömrükçüləri 73 340 ədəd siqaret müsadirə ediblər

Azərbaycan gömrükçüləri 73 340 ədəd siqaret müsadirə ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Avqust , 2017 10:14
Azərbaycan gömrükçüləri 73 340 ədəd siqaret müsadirə ediblər
Customs.gov.az

Bakı. 8 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus "Mitsubishi Pajero" markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi