Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri 7 000 ədəd siqaret aşkar edib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 25 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    “Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi