Azərbaycan gömrükçüləri 5600 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 5600 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Aprel , 2017 10:11
Azərbaycan gömrükçüləri 5600 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 19 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd "Golden gate" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi