Azərbaycan gömrükçüləri 5 200 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 5 200 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
19 avqust 2017 06:44
Azərbaycan gömrükçüləri 5 200 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 19 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5200 ədəd "Winston" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi