Azərbaycan gömrükçüləri 46 mindən çox aksiz markasız siqaret və 15 ədəd mobil telefon aşkar ediblər

Azərbaycan gömrükçüləri 46 mindən çox aksiz markasız siqaret və 15 ədəd mobil telefon aşkar ediblər Bakı. 23 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar. 
Hadisə
23 Yanvar , 2018 14:42
Azərbaycan gömrükçüləri 46 mindən çox aksiz markasız siqaret və 15 ədəd mobil telefon aşkar ediblər

Bakı. 23 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi "HYUNDAI AF-47432A" markalı, 01-AD-046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. 

Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - "Marlboro Gold edge", "Parliament Silver blue", "Parliament Aqua blue", "Parliament Carat" və "Sobranie Super Slims" adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd "Samsung Galaxy J5 (6)" və 6 ədəd "Samsung Galaxy J5 prime" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi