Azərbaycan gömrükçüləri 4000 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 4000 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Aprel , 2017 12:47
Azərbaycan gömrükçüləri 4000 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 24 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi