Azərbaycan gömrükçüləri 4 minə yaxin xarici markalı siqaret müsadirə ediblər

Azərbaycan gömrükçüləri 4 minə yaxin xarici markalı siqaret müsadirə ediblər Bakı. 15 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana VAZ 21013 markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
15 May , 2018 09:44
Azərbaycan gömrükçüləri 4 minə yaxin xarici markalı siqaret müsadirə ediblər
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21013" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin sağ və sol qanadlarının altından 3880 ədəd üzərində "Sakurorta" yazısı olan siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi