Azərbaycan gömrükçüləri 4 mindən çox pirotexniki vasitə müsadirə edib

Azərbaycan gömrükçüləri 4 mindən çox pirotexniki vasitə müsadirə edib Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Hadisə
20 Dekabr , 2017 10:15
Azərbaycan gömrükçüləri 4 mindən çox pirotexniki vasitə müsadirə edib
Customs.gov.az

Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub.

Həmin avtomobillərdən birinin arxa oturacağından yük bölməsinin bitdiyi hissəyə qədər kustar üsulla hazırlanmış gizli saxlanc yerində 1 825 ədəd pirotexniki vasitə aşkarlanıb. Digər iki avtomobildə gömrük nəzarətindən gizlədilən cəmi 2 520 ədəd pirotexniki vasitə isə nəqliyyat vasitələrinin hərəkətdə olan təkərlərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi