Azərbaycan gömrükçüləri 4 kq kürü müsadirə edib

Azərbaycan gömrükçüləri 4 kq kürü müsadirə edib Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
19 İyul , 2019 15:49
Azərbaycan gömrükçüləri 4 kq kürü müsadirə edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən “Report”a verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən monitorda şübhəli predmetlərin təsvir görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş irihəcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4 312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi