Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib

Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Avqust , 2017 11:17
Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib
Customs.gov.az

Bakı. 17 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi BMV markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi