Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri 3000 ədəd siqaret aşkar edib

    Faktla bağlı araşdırma aparılır
    © Customs.gov.az

    Bakı. 17 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    “Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi