Azərbaycan gömrükçüləri 25 min ədədə yaxın siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 25 min ədədə yaxın siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Oktyabr , 2016 11:25
Azərbaycan gömrükçüləri 25 min ədədə yaxın siqaret aşkar edib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi