Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri 22 min ədəd siqaret aşkar edib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 4 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

    Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

    Yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi