Azərbaycan gömrükçüləri 22 ədəd mobil telefon müsadirə edib

Azərbaycan gömrükçüləri 22 ədəd mobil telefon müsadirə edib Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxsin ABŞ-dan gətirdikləri xeyli miqdarda mobil telefonları gömrük nəzarətindən gizli keçirəcəyi barədə məlumat daxil olu
Hadisə
145
12 Noyabr , 2021 16:02
Azərbaycan gömrükçüləri 22 ədəd mobil telefon müsadirə edib

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxsin ABŞ-dan gətirdikləri xeyli miqdarda mobil telefonları gömrük nəzarətindən gizli keçirəcəyi barədə məlumat daxil olub.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı "Mercedes E 240" markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd "iPhone 13 PRO" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi