Azərbaycan gömrükçüləri 2016-dən bəri 2 tona yaxın heroin müsadirə edib

Azərbaycan gömrükçüləri 2016-dən bəri 2 tona yaxın heroin müsadirə edib Bakı. 13 iyun. REPORT.AZ/ 2016-2017-ci illərdə, eləcə də bu ilin əvvəlindən indiyə qədər gömrük sahəsində 19 346 hüquq pozuntusu halı aşkar edilib. Onların əksəriyyəti inzibati xətalardır.
Hadisə
13 iyun 2018 11:12
Azərbaycan gömrükçüləri 2016-dən bəri 2 tona yaxın heroin müsadirə edib
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "2016-2017-ci illərdə, eləcə də bu ilin əvvəlindən indiyə qədər gömrük sahəsində 19 346 hüquq pozuntusu halı aşkar edilib. Onların əksəriyyəti inzibati xətalardır".

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəis müavini Güloğlan Muradlı deyib.

Onun sözlərinə görə, Komitə bu ilin ilk 5 ayı ərzində 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb. Bunun 1,87 tonu yarımsintetik narkotik vasitə hesab edilən heroin olub: "1 kq heroindən 10 min doza əldə edilə bilər. Bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə rəsmən 30 mindən çox narkotik vasitə istifadəçisi var. Amma real rəqəmin 6-10% çox olduğu bildirilir". 

G.Muradlı insanların qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə etdiklərini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi