Azərbaycan gömrükçüləri 20 min ədəd aksiz markasız siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 20 min ədəd aksiz markasız siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Fevral , 2017 10:04
Azərbaycan gömrükçüləri 20 min ədəd aksiz markasız siqaret aşkar edib

Bakı. 22 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycan aksizi ilə markalanmamış 20 min ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi