Azərbaycan gömrükçüləri 2 340 ədəd "Davidoff" markalı siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 2 340 ədəd "Davidoff" markalı siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Aprel , 2017 13:33
Azərbaycan gömrükçüləri 2 340 ədəd Davidoff markalı siqaret aşkar edib
Customs.gov.az

Bakı. 20 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21011" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonundan 2340 ədəd "Davidoff" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi