Azərbaycan gömrükçüləri 18 kq narkotik vasitə aşkar edib

Azərbaycan gömrükçüləri 18 kq narkotik vasitə aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Aprel , 2017 11:25
Azərbaycan gömrükçüləri 18 kq narkotik vasitə aşkar edib
Report.az

Bakı. 27 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata əsasən, külli miqdarda narkotik vasitənin İran vətəndaşları tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi və Azərbaycanda realizə edilməsi öz təsdiqini tapıb.

Beləliklə, külli miqdarda narkotik vasitəni Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən biri əməliyyat yolu ilə müəyyən edilib. Eyni zamanda, həmin şəxsin külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisindəki ortaqları olan Azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması da müəyyənləşdirilib.

Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərən, eyni zamanda, gətirdiyi narkotik vasitələri ölkə ərazisində realizə edən şəxsin azərbaycanlı ortaqlarından narkotik vasitələrin nəzarət qaydasında alınması imkanları öyrənilərək müvafiq əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.

Biləsuvar rayonunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Rüstəmov Ayaz Murtuz oğlu və Ağabalayev Orduxan Əlyağa oğlu saxlanılıb və onlardan satmaq istədikləri 18 ədəd bağlamada, ümumi xalis çəkisi 18 kq 20 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi