Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.
Hadisə
5 Dekabr , 2019 16:24
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi