Azərbaycan gömrükçüləri 13 kq-dan çox gümüş məmulatı aşkar ediblər - VİDEO

Azərbaycan gömrükçüləri 13 kq-dan çox gümüş məmulatı aşkar ediblər - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Noyabr , 2016 15:59
Azərbaycan gömrükçüləri 13 kq-dan çox gümüş məmulatı aşkar ediblər - VİDEO

Bakı. 7 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycandan Rusiyaya gedən ölkə vətəndaşı Abdula Hacımusa oğlu Xartumovun idarə etdiyi “Hyundai Grand SantaFe” markalı 20-DJ-244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Xanoba” gömrük postunda gömrük baxışı keçirilib. 

Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobilin hava filtrinin boşluğundan gömrük nəzarətindən gizlədilən qara polietilen paketlərə bükülü halda 25 ədəd çəkisi 410 qram olan medallar, 7 ədəd çəkisi 130 qram olan fincanlar, 260 ədəd çəkisi 105 qram olan kiçik dördkünc formalı metallar, 145 ədəd çəkisi 90 qram olan kiçik dairə formalı metallar, 3 ədəd çəkisi 320 qram olan qab tutacaqları, 10 ədəd çəkisi 190 qram olan qırıq qaşıq tutacaqları, 3 ədəd çəkisi 55 qram olan qırıq qaşıq başlıqları,170 ədəd çəkisi 11 400 qram olan çubuqşəkilli əridilmiş metal parçalar, 1 ədəd çəkisi 375 qram olan kürə formalı əridilmiş metal və çəkisi 110 qram olan metal qırıntıları aşkar olunub. Gümüş məmulatlarının cəmi çəkisi 13,185 kq-dır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi