Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri 10 ədəd mobil telefon aşkar edib

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 29 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    “Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd "Samsung" markalı mobil telefon, mobil telefonlarda istifadə üçün nəzərdə tutulan 11 ədəd adapter, 8 ədəd batareya, 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu akar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi