Azərbaycan gömrükçüləri 1 720 ədəd siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri 1 720 ədəd siqaret müsadirə edib Faktla bağlı araşdırma aparılır
Hadisə
5 May , 2017 12:10
Azərbaycan gömrükçüləri 1 720 ədəd siqaret müsadirə edib

Bakı. 5 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində "Comet" yazısı olan 1720 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi