Azərbaycan gömrükçüləri ölkə vətəndaşının üzərində heroin aşkar ediblər

Azərbaycan gömrükçüləri ölkə vətəndaşının üzərində heroin aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Oktyabr , 2017 10:52
Azərbaycan gömrükçüləri ölkə vətəndaşının üzərində heroin aşkar ediblər

Bakı. 3 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və nəticədə onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 22,638 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi