Azərbaycan ərazisinə qadın xəz geyimlərinin qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycan ərazisinə qadın xəz geyimlərinin qanunsuz keçirilməsinin qarşısı alınıb Bakı. 13 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə
13 Fevral , 2019 11:11
Azərbaycan ərazisinə qadın xəz geyimlərinin qanunsuz keçirilməsinin qarşısı alınıb

Bakı. 13 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

"Report" bu barədə DGK-ya istinadən xəbər verir. 

Məlumata görə,  Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub. Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıqmalları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda"Yaşıl kanal" buraxılış sistemindən istifadə etməkləhəmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə"Qırmızı kanal"a yönləndirilib.Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi