Azərbaycan əməkdar mədəniyyət işçisi vəfat edib

Azərbaycan əməkdar mədəniyyət işçisi vəfat edib Musa Nəsirov Tarixi Muzeyinin keçdiyi yolu fotoşəkillərə həkk edərək Muzeyin tarixi salnaməsini yaradıb
Hadisə
5 Yanvar , 2017 19:31
Azərbaycan əməkdar mədəniyyət işçisi vəfat edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan əməkdar mədəniyyət işçisi dünyasını dəyişib.

"Report"un məlumataına görə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Musa Müzəffər oğlu Nəsirov 67 yaşında vəfat edib.

Xatırladaq ki, Musa Nəsirov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra, 1966-cı ildə Azərbaycan Tarixi Muzeyində fotoqraf vəzifəsinə işə qəbul olub və o vaxtdan fasiləsiz olaraq bu vəzifədə çalışıb.

İşlədiyi 50 il ərzində Musa Nəsirov Muzeyin keçdiyi yolu fotoşəkillərə həkk edərək Muzeyin tarixi salnaməsini yaradıb. İşıq üzü görən onlarla kitablarda yer alan fotoşəkillər, təşkil olunan təbriklərin foto və videoarxivinin yaradılması onun zəhmətinin bəhrəsidir.

Musa Nəsirov 2010-cu ildə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına da layiq görülüb.

Son xəbərlər

Orphus sistemi