“Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi açılıb

“Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi açılıb O, cəmiyyətə məxsus 30 min manat məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir
Hadisə
7 Oktyabr , 2015 10:46
“Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi açılıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ “Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi açılıb. 

Bu barədə "Report“a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Qurumdan bildirilib ki, "Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşının qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsindən daxil olan müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

Araşdırmalar zamanı cəmiyyətin sabiq aviakassiri Rasifə Rəfiyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə ona etibar edilən cəmiyyətə məxsus 30 min manat məbləğində vəsaiti mənimsəməsində, habelə vətəndaşın etibarından sui-istifadə edərək aviabiletlər almaq adı ilə 8 min 500 manat məbləğində pul vəsaitini əldə keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi