Yuxarı

Azərbaycan DYP bu gecədən reydlərə başlayır

Cərimə 150 manatdır

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə verilən mövsümi icazə müddəti bu gün bitir.

Bunu “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirb.

O deyib ki, artıq noyabrın 16-dan etibarən bu qaydalara əməl etməyən sürücülər aşkarlanacaqları təqdirdə müvafiq qaydada cərimələnəcəklər. “Bu qaydalara əməl etməyənləri 150 manat məbləğində cərimə gözləyir. Artıq pərdə, jalüz və plyonkalarla bağlı sabahdan reydlər başlayacaq. Sözsüz ki, əməkdaşlarımız bu gecə saat 12-dən etibarən bu tədbirləri həyata keçirəcək”.

V.Əsədov vurğulayıb ki, 2014-cü ilin əvvəlindən bu günə qədər avtomobilinə standartlara uyğun olmayan pərdə, jalüz və plyonkalar vuraraq idarə edən 3000-dən artıq sürücüyə cərimələr yazılıb.

O qeyd edib ki, DYP əməkdaşlarından ibarət yaradılan qrup bu gün şəhərin inzibati ərazisinə daxil olan küçə və yollar üzrə müşahidə aparıblar.

“Nəticədə pərdə, jalüz və plyonkalardan istifadə edən avtomobillərin sayının azlıq təşkil etdiyi müşahidə ounub”, - deyə V.Əsədov əlavə edib.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi