Azərbaycan İslam Partiyasının sabiq sədr müavini dövlətə xəyanət etdiyinə görə həbs edilib

Azərbaycan İslam Partiyasının sabiq sədr müavini dövlətə xəyanət etdiyinə görə həbs edilib Onun barəsində cinayət işi başlanılıb
Hadisə
28 Yanvar , 2016 17:16
Azərbaycan İslam Partiyasının sabiq sədr müavini dövlətə xəyanət etdiyinə görə həbs edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə “Report”a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bununla əlaqədar İnqilab Əhədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, İ.Əhədov Azərbaycan İslam Partiyasının sabiq sədr müavinidir.

Son xəbərlər

Orphus sistemi