Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Kukla Teatrının qarşısında 31 yaşlı kişi bıçaqlanıb

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqlayıb.

    "Report"un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

    Belə ki, naməlum şəxs Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Ağayev Əvəz Abbasəli oğlunun kürək nahiyəsinə 6 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

    Ə.Ağayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi