Məlumatda bildirilir ki, bu il aprelin 14-də Qax rayon sakinləri Besarion və İase Rostiaşvili qardaşlarının yaşadıqları mənzillərdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Aparılmış tədbirlərlə qətlin Qax rayon sakini Vasif Mustafayev tərəfindən tamah məqsədi ilə törədildiyi müəyyənləşdirilib.
Araşdırmalarla o da müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl qardaşlar özlərinə məxsus torpaq sahəsini 18 min manata satıblar. Bu alqı-satqı əməliyyatından xəbər tutan V.Mustafayev həmin vəsaiti ələ keçirmək üçün onları qətlə yetirməyi planlaşdırıb və cinayətkar niyyətini aprelin 14-də həyata keçirib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarı