“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edir

“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edir Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.
Hadisə
5 Dekabr , 2019 09:56
“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edir

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

"Report" xəbər verir ki,  “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb: "Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edir".

Son xəbərlər

Orphus sistemi