“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb “Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Hadisə
27 May , 2023 19:03
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmiryolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

QSC-dən “Report”a bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi