Bakı. 22 mart. REPORT.AZ/ Xaçmaz sakininin Bakı-Yalama marşrutu üzrə hərəkət edən elektrik qatarının altında qalaraq ölməsi faktı üzrə ekspertizanın nəticələri açıqlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Report"a açıqlamasında deyib ki, ekspertiza nəticəsində maşinistin sərxoş olmadığı məlum olub: "Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsində aparılan analizin nəticəsində maşinistin və onun köməkçisinin sərxoş olmadığı üzə çıxıb".
Onun sözlərinə görə, müayinə nəticəsində ölən şəxsin sərxoş olduğu aydınlaşıb: "Həmin şəxsin tüfeyli həyat sürdüyü, daim sərxoş olduğu açıqlanıb".
Qeyd edək ki, ötən gecəə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Bakı-Yalama xəttinin 150-ci km-də yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. O, hadisə yerində ölüb.