Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb Yarış İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında keçirilir
Hadisə
8 Aprel , 2018 12:30
Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Bakı. 8 aprel. REPORT.AZ/ İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında Avropa Kuboku keçirilir.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə 55 kq çəki dərəcəsində yer alan Balabəy Ağayev yüksəlib. O, finalda həmyerlisi Rəxşan Baxışəliyevi üstələyib. Baxışəliyevdən əlavə, digər gümüş medala 60 kq çəkidəki Yaşar Nəcəfov layiq görülüb. Bürünc medalları isə 55 kq çəkidə Rövşən Əliyev və 60 kq-da Əhməd Yusifov əldə ediblər.

Beləliklə, Azərbaycan cüdoçuları 55 kq çəkidə hər 3 əyarlı, 60 kq-da isə gümüş və bürünc medalları qazanıb.

Qeyd edək ki, 36 ölkədən 606 cüdoçunun qatıldığı Avropa Kubokuna bu gün yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi