Azərbaycan Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verib

Azərbaycan Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verib Bu gün Səyd-Husin Takayev Azərbaycandan Rusiyaya ekstradisiya olunub
Hadisə
15 Mart , 2018 16:38
Azərbaycan Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verib

Bakı. 15 mart. REPORT.AZ / Azərbaycan 2000-ci illərin əvvəllərində Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Məlumata görə, bu gün Azərbaycan Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 209.2 maddəsi ilə ittiham olunan Səyd-Husin Leçiyeviç Takayevi ekstradisiya edib.

Rusiya Baş Prokurorluğunun məlumatına görə, 2000-2003-ci illərdə Takayev silahlı quldur dəstələrin tərkibində Çeçenistan ərazisində respublikanın qanuni hakimiyyət nümayəndələrinə, antiterror tədbirləri aparan Rusiya hərbçilərinə, eləcə də yerli sakinlərə hücum edib.

Son xəbərlər

Orphus sistemi