Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərlə görüşüb

Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərlə görüşüb Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası çayçılıqla məşğul olan fermerlərin fəaliyyətinə dəstək məqsədilə görüşləri davam etdirir.
Hadisə
17 Avqust , 2018 15:17
Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərlə görüşüb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası çayçılıqla məşğul olan fermerlərin fəaliyyətinə dəstək məqsədilə görüşləri davam etdirir.

Assosiasiyadan "Report"a verilən məlumata görə, məqsəd gələcəkdə fermerlər üçün qrant əldə etmək, onların fəaliyyətinə dəstək verməkdən ibarətdir. 

Belə ki, Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbərliyi ilə çayçılıqla məşğul olan fermerlər və Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birlikdə Astara rayonunda həyata keçirdiyi "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsinin əməkdaşları ilə məhsuldar müzakirələr aparılıb. Görüşdə fermerləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli, 3227 saylı sərəncamının 3.1-ci bəndinə əsasən, təsis edilib və əsas məqsədi çay istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək verməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi