Yuxarı
    Bağlamaq

    Azərbaycanda 17 il həbsdə olan şəxs evində narkotik vasitələr becərdiyinə görə yenidən tutulub

    ​Faktla bağlı cinayət işi açılıb

    Masallı. 31 may. REPORT.AZ/ Masallı sakininin həyətində narkotik xassəli bitkilər aşkarlanıb.
    "Report"un cənub bürosunun xəbərinə görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həyətində narkotik xassəli bitkilər becərən rayon sakinini saxlayıb.
    Daxil olan əməliyyat məlumatı əsasında Masallı RPŞ-nin əməkdaşları müxtəlif vaxtlarda ümumilikdə 17 il həbsdə olan, rayonun Köçəkli kənd sakini, 45 yaşlı  İntiqam Teyyub oğlu Axundovun həyətyanı sahəsinə baxış keçiriblər.

    Onun həyətində aqrotexniki qaydada qulluq göstərilməklə becərilmiş 30 ədəd narkotik xassəsli bitki hesab olunan çətənə kolları aşkar edilib.
    Yaş kütlə halında olan narkotik xassəli bitki maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. 
    Faktla bağlı cinayət işi açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi