Yuxarı

Bakıda kanalizasiya xətti partladı, “Azəravtoyol”un çəkdiyi yol çökdü - FOTO

Bakıda kanalizasiya xətti partladı, “Azəravtoyol”un çəkdiyi yol çökdü - FOTO
Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir
© Report/ Firi Salim

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən yolun bir hissəsi çöküb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun çökməsinə səbəb yerin altından keçən kanalizasiya xəttinin partlaması olub.

Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir.

Ərazidə nəqliyyatın gediş-gəlişi tamamilə məhdudlaşdırılıb.

Hazırda "Azərsu" ASC-nin əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, çökən yol “Azəravtoyol” ASC tərəfindən çəkilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi