Bakı. 13 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC-yə məxsus işıq plafonlarını oğurlayan şəxs tutulub.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da “Azəravtoyol” ASC-yə məxsus 132 ədəd işıq plafonu oğurlayan Bakı şəhər sakini Eldəniz Quliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.