​"Azenco" tikinti şirkətini məhkəməyə verib

​"Azenco" tikinti şirkətini məhkəməyə verib ASC alqı-satqı müqaviləsi üzrə borc tələbi irəli sürüb
Hadisə
9 Sentyabr , 2015 11:01
​Azenco tikinti şirkətini məhkəməyə verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Azenco" Açıq Səhmdar Cəmiyyəti (ASC) "MAXX Tikinti-Servis" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, "Azenco" alqı-satqı müqaviləsi üzrə borc tələbi irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Azenco" şirkəti dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Son xəbərlər

Orphus sistemi