Yuxarı

​"Azenco" MMC-nin Hirkan Milli Parkına qarşı apellyasiya şikayətinə baxılıb

Ləğv olunan hissədə isə iddia təmin olunmayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Hirkan Milli Parkına qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv edilib. Ləğv olunan hissədə isə iddia təmin olunmayıb.

Qeyd edək ki, Hirkan Milli Parkı "Azenco" ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Milli Park vurulmuş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Azenco" ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.

"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi